Sərxoş britaniyalı hərbçilər zirehli transportyoru qaçırdı
Böyük Britaniyada sərxoş vəziyyətdə olan iki hərbçi hərbi hissənin ərazisindən zirehli transportyoru icazəsiz götürərək mülki avtomobillərlə toqquşub.
Crossmedia.az xəbər verir ki, "The Sun" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə hərbçilərin hərbi hissədən kənarda spirtli içki qəbul etdikdən sonra xidmət yerinə qayıtması zamanı baş verib.
Bildirilir ki, onlar zirehli transportyorun idarəetməsini ələ keçiriblər və hərbçilərdən biri döyüş texnikasını yüksək sürətlə idarə edib. Nəticədə bir neçə mülki avtomobilə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Britaniya hərbi qurumları insidentin bütün təfərrüatlarını müəyyənləşdirir.
17:03 25.07.2026
Oxunuş sayı: 56