Ermənistan və İran qaz əməkdaşlığını genişləndirir
Ermənistan və İran qaz ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
Məlumata görə, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan İrana səfəri çərçivəsində bu ölkənin neft naziri Möhsün Paknejad ilə görüş keçirib.
Görüş zamanı tərəflər iki ölkə arasında qaz ticarətinin inkişafı ilə bağlı məsələləri müzakirə edərək, bu istiqamətdə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə ediblər.
İşçi qrupunun qaz sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin hazırlanması ilə məşğul olacağı bildirilib.
16:49 25.07.2026
Oxunuş sayı: 59