Cənubi Avropada meşə yanğınları: 220 mindən çox insan təxliyə edildi
Fransa və İspaniyada geniş əraziləri əhatə edən meşə yanğınları səbəbindən 220 mindən çox sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, "Euronews" bu barədə məlumat yayıb.
Məlumata görə, İspaniyada güclü yanğınlar səbəbindən 40 mindən çox insan yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.
Fransada isə yerli KİV-in məlumatına əsasən, təxminən 180–200 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hazırda hər iki ölkədə yanğınların söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir. Yanğınların yayılmasının qarşısını almaq üçün fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
16:42 25.07.2026
Oxunuş sayı: 53