Zaxarovadan İtaliyaya sərt istehza: Bin Laden yaxşı müşavir olardı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorova İtaliyada müşavir vəzifəsinin təklif olunmasına istehzalı münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, İtaliyada bu vəzifə üçün uyğun namizəd tapılmaması təəccüb doğurur.
"Məgər İtaliyanın özündə məsləhət verəcək layiqli heç kim tapılmadı? Təəssüf ki, Üsamə bin Laden bu günü görmədi. O, İtaliya hökuməti üçün əla müşavir olardı", – deyə Rusiya XİN-in sözçüsü istehza ilə bildirib.
Zaxarovanın bu açıqlaması Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorova İtaliyada müşavir vəzifəsinin təklif edilməsi ilə bağlı yayılan məlumatların fonunda səsləndirilib.
16:54 25.07.2026
Oxunuş sayı: 56