Omskda keçirilən görüşdə nələr müzakirə olunacaq?
Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Omskda keçiriləcək görüşündə Xəzər Boru Kəməri Konsorsiumuna (KTK) qarşı hücumlar müzakirə oluna bilər.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat yayıb.
Peskov bildirib ki, KTK-yə qarşı hücumlarla bağlı məsələlər həm Rusiya, həm Qazaxıstan, həm də konsorsiumun səhmdarları arasında ABŞ şirkətlərinin də yer alması səbəbindən Vaşinqton üçün mühüm əhəmiyyət daşıyır.
Kremlin sözçüsü əlavə edib ki, onun fikrincə, Ukrayna bəzi hallarda ABŞ-nin tövsiyələrinə tam əməl etmir və kifayət qədər müstəqil davranır.
Peskovun sözlərinə görə, Kiyev Avropa ölkələrinin dəstəyini daha etibarlı hesab edir.
16:32 25.07.2026
Oxunuş sayı: 60