Moskvadan Türkiyəyə reyslərdə kütləvi gecikmə yaşanır
Moskvadan Türkiyəyə istirahətə yollanmaq istəyən minlərlə sərnişin reyslərin kütləvi gecikməsi səbəbindən hava limanında gözləməli olub.
Crossmedia.az xəbər verir ki, "SHOT" bu barədə məlumat yayıb.
Məlumata görə, gecikmələr əsasən "Turkish Airlines" aviaşirkətinin reyslərində qeydə alınıb. Moskvanın Vnukovo hava limanından Antalyaya həyata keçirilməsi planlaşdırılan TK212 və TK3061 nömrəli reyslər hələ də yola düşməyib.
Bundan başqa, Dalamana uçmalı olan TK3179, TK3085, TK3120A və TK3121A nömrəli reyslərdə də ciddi gecikmələr müşahidə olunur. Bildirilir ki, sərnişinlərdən bəziləri 12 saata yaxındır uçuşu gözləyir.
Eyni zamanda, Dalamandan Moskvaya uçmalı olan TK3076 nömrəli reysin də təxminən 10 saat gecikdiyi qeyd edilir.
17:47 25.07.2026
Oxunuş sayı: 71