Rusiyada istehlak kreditləri son iki ilin rekorduna çatdı
Rusiyada banklar iyun ayında istehlak kreditləri üzrə son iki ilin ən yüksək göstəricisini qeydə alıb. Bu dövrdə vətəndaşlara ümumilikdə 450,7 milyard rubl məbləğində kredit verilib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə "Skorinq Büro" Kredit Tarixləri Bürosunun məlumatına istinadən məlumat yayıb.
Məlumata görə, verilən kreditlərin ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artıb. Bununla belə, göstərici 2024-cü ilin avqustunda qeydə alınmış 534,5 milyard rubl həcmindən aşağıdır.
İyun ayında verilən istehlak kreditlərinin sayı illik müqayisədə 40 faiz artaraq 2,36 milyon təşkil edib. Bununla yanaşı, aylıq müqayisədə bu göstərici 1,7 faiz azalıb.
Bildirilir ki, kreditləşmədə artım tendensiyası 2026-cı ilin fevral ayından başlayıb. Bu, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini mərhələli şəkildə azaltması və bankların kredit faizlərini aşağı salması ilə əlaqələndirilir.
"Skorinq Büro"nun baş direktoru Oleq Laqutkinin sözlərinə görə, uçot dərəcəsinin azalması əvvəllər formalaşmış təxirə salınmış kredit tələbatının reallaşmasına şərait yaradıb.
17:38 25.07.2026
Oxunuş sayı: 50