Orban: Macarıstan Venesuelaya çevrilə bilər
Macarıstanın keçmiş Baş naziri Viktor Orban ölkədə formalaşan siyasi vəziyyəti sərt tənqid edərək, hakimiyyətin siyasətinin davam edəcəyi təqdirdə ölkənin "neftsiz Venesuelaya" çevrilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Orbanın sözlərinə görə, Baş nazir Peter Macyarın rəhbərlik etdiyi "Tisa" Partiyası onun lideri olduğu "Fides" Partiyasını Macarıstan siyasətindən kənarlaşdırmağa çalışır.
"Tisa" yeni avtoritar rejim qurmağa başlayıb. Onların məqsədi "Fides"in rəhbərliyini siyasətdən uzaqlaşdırmaq, qanunsuz qərarlarla siyasi alternativi mümkünsüz etməkdir. Belə davam etsə, Macarıstan neft ehtiyatları olmayan Venesuelaya çevriləcək, – deyə Orban bildirib.
17:24 25.07.2026
Oxunuş sayı: 64