Tramp: İrana qarşı genişmiqyaslı zərbələr barədə qərar verilməyib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi zərbələrin endirilməsi ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, ''TASS'' bu barədə məlumat yayıb.
Tramp jurnalistlərin müvafiq sualını cavablandırarkən Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini deyib.
“Xeyr, biz hazırda onlarla danışırıq. Hesab edirəm ki, onlar hər keçən gün daha ciddi mövqe nümayiş etdirirlər. Yəqin ki, bunun aydın səbəbləri var. Lakin biz onlarla danışıqlar aparırıq”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp bununla da İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatlarla bağlı qərarın hələ qəbul edilmədiyini vurğulayıb.
11:09 25.07.2026
Oxunuş sayı: 58