Gürcüstanda ikinci gündür genişmiqyaslı elektrik kəsintiləri yaşanır
Gürcüstanda ikinci gündür ölkənin müxtəlif bölgələrində genişmiqyaslı elektrik enerjisi kəsintiləri qeydə alınır.
Crossmedia.az xəbər verir ki, yerli KİV bu barədə məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişində yaranan fasilələr bir sıra şəhər və rayonları əhatə edir.
Hazırda aidiyyəti qurumlar kəsintilərin səbəblərini araşdırır. Rəsmi qurumlar əhalini yalnız təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıblar.
10:36 25.07.2026
Oxunuş sayı: 51