Gecə ərzində 328 Ukrayna PUA-sı vurulub
Keçən gecə ölkə ərazisi üzərində 328 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, növbətçi hava hücumundan müdafiə (HHM) qüvvələri iyulun 24-ü saat 20:00-dan iyulun 25-i saat 08:00-dək Rusiya ərazisi üzərində təyyarə tipli 328 Ukrayna PUA-sını aşkar edərək vurub.
Qurumun açıqlamasında bildirilib ki, pilotsuz uçuş aparatları HHM qüvvələri tərəfindən ələ keçirilərək məhv edilib.
10:12 25.07.2026
Oxunuş sayı: 44