Tramp və Zelenski Vaşinqtonda görüşə bilər
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 28-də Vaşinqtonda görüşü planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün çərşənbə axşamı Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.
Agentliyin Ukraynadakı mənbəsi bildirib ki, Zelenski ABŞ-yə səfərdə maraqlıdır. Lakin onun komandası Ağ Evdən Trampın iş qrafiki ilə bağlı rəsmi təsdiqi gözləyir.
09:36 25.07.2026
Oxunuş sayı: 58