ABŞ və Böyük Britaniya yeni koalisiya yaratmaq istəyir
ABŞ və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yeni beynəlxalq koalisiyanın yaradılmasını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.
Nəşrin Avropa diplomatlarına istinadən verdiyi məlumata görə, gələn həftə Londonda bu məsələ ilə bağlı yüksək səviyyəli görüş keçirilməsi planlaşdırılır.
Bildirilib ki, görüşdə Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini qorumaq üçün mümkün beynəlxalq koalisiyanın formalaşdırılması müzakirə olunacaq.
09:49 25.07.2026
Oxunuş sayı: 59