Cinsi qısnama ittihamları araşdırılır: Kərim Xan vəzifəsindən kənarlaşdırıldı
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Kərim Xanın fəaliyyəti ilə bağlı irəli sürülən cinsi qısnama ittihamları araşdırıldığı müddətdə onun səlahiyyətləri dayandırılıb.
Kərim Xanın rəhbərliyi dövründə BCM Rusiya Prezidenti Vladimir Putin, Rusiya Prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova, İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin sabiq müdafiə naziri Yoav Qalant barəsində həbs orderləri çıxarmışdı.
09:20 25.07.2026
Oxunuş sayı: 62