Rusiya İrandan dərs almağa başlayıb
Rusiya rəsmiləri İranın strateji obyektlərin qorunması və yeraltı infrastrukturun yaradılması sahəsindəki təcrübəsini öyrənmək məqsədilə İrana xüsusi nümayəndə heyəti göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran bu sahədə Moskva ilə əlavə məsləhətləşmələr aparacaq və öz təcrübəsini bölüşəcək.
Bildirilib ki, səfərin əsas məqsədi mümkün təhlükələr zamanı infrastrukturun qorunması, yeraltı obyektlərin istifadəsi və müdafiə imkanlarının öyrənilməsidir.
20:05 24.07.2026
Oxunuş sayı: 50