Möcüzə: Venesuelada 28 gün sonra dağıntılar altından sağ çıxarıldılar
Venesuelanın La-Quayra şəhərində dağıntılar altında qalan üç nəfər zəlzələdən 28 gün sonra sağ tapılıb.
Crossmedia.az bu barədə xarici media istinadən xəbər verir.
Xilasetmə əməkdaşları dağıntılar arasından bir kişi, bir qadın və gənc qızı çıxarıblar. Onların dağıdıcı ikiqat zəlzələdən sonra təxminən dörd həftə beton dağıntılarının arasında qaldığı bildirilib.
Məlumata görə, insanların sağ qalmasına qapalı məkanda qalmaları və təsadüfən orada olan qida və su ehtiyatları kömək edib.
Hazırda xilas edilən şəxslərə təcili tibbi və psixoloji yardım göstərilir.
19:54 24.07.2026
Oxunuş sayı: 48