Moskva: İlk addımı biz atmayacağıq
Rusiya ABŞ ilə danışıqların nəticəsiz qalmasından sonra Vaşinqtondan yeni təkliflər gözlədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında Moskvanın ABŞ ilə münasibətlərdə təşəbbüsü ilk olaraq üzərinə götürmək və Vaşinqtona doğru addım atmaq niyyətində olmadığını deyib.
Bildirilib ki, Rusiya növbəti addımların ABŞ-dən gəlməsini gözləyir. Açıqlama iki ölkə arasında danışıqların nəticələri fonunda verilib.
19:46 24.07.2026
Oxunuş sayı: 61