Ölümlə nəticələnən hücumdan sonra Netanyahu qərarını verib
İsrail Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində israilli vətəndaşın ölümü ilə nəticələnən hücumu həyata keçirən şəxsin evinin sökülməsi barədə orduya birgə göstəriş veriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qərar hücumda iştirak edən şəxsin yaşayış evinin dağıdılmasını nəzərdə tutur. İsrail hakimiyyəti bu cür tədbirləri təhlükəsizlik siyasətinin bir hissəsi kimi tətbiq edir.
19:24 24.07.2026
Oxunuş sayı: 60