Argentina alimləri: Dünya çempionatı zamanı yaşanan stress infarkt riskini artırır
Futbol üzrə dünya çempionatı zamanı yaşanan güclü emosional gərginlik azarkeşlər arasında ürəklə bağlı təcili halların artmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, "Daily Mail"ə istinadən, Argentinada aparılan araşdırma zamanı 2026-cı il dünya çempionatı ərzində Tukuman əyalətində 35 infarkt halı qeydə alınıb. Bu göstərici aylıq orta hesabla müşahidə olunan 20 infarkt hadisəsindən xeyli yüksəkdir.
Həkimlərin sözlərinə görə, matçlar zamanı yaşanan güclü emosional gərginlik yüksək qan təzyiqi, təhlükəli ürək ritm pozğunluğu, sinə ağrısı və hətta ürək dayanmasını tətikləyə bilər. Mütəxəssislər xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərə matçları izləyərkən səhhətlərinə diqqət yetirməyi və özlərini pis hiss etdikdə dərhal tibbi yardım almağı tövsiyə edirlər.
08:34 25.07.2026
Oxunuş sayı: 56