Fon der Lyayen: Aİ-də sosial şəbəkələrə giriş üçün şəxsiyyət vəsiqəsi tələb oluna bilər
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, yay tətilindən sonra Avropa Komissiyası sosial şəbəkələrə giriş zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsini məcburi edən qanun layihəsi irəli sürəcək.
Crossmedia.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Fon der Lyayenin sözlərinə görə, hazırlanan qanun layihəsi qəbul ediləcəyi təqdirdə Avropa İttifaqı vətəndaşları sosial şəbəkələrə daxil olarkən şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməli olacaqlar.
Avropa Komissiyası sədrinin sözlərinə görə, təşəbbüs yay tətilindən sonra rəsmi şəkildə təqdim ediləcək. Hazırda qanun layihəsinin qüvvəyə minmə tarixi və tətbiq mexanizmi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
12:27 14.07.2026
Oxunuş sayı: 48