SEPAH-da yüksək səviyyəli təyinat
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu vəzifəyə admiral Əli Özmayi gətirilib.
O, daha əvvəl SEPAH-ın Fars körfəzində yerləşən Qeşm və Kiş adalarına cavabdeh olan hərbi-dəniz dairəsinə rəhbərlik edib.
Yeni təyinatdan əvvəl Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini Əlirza Tanqsiri icra edirdi. O, ABŞ və İsrailə aid olduğu bildirilən zərbələr zamanı həlak olmuşdu.
17:08 04.07.2026
Oxunuş sayı: 45