Ermənistan XİN İsrailin təşəbbüsünü şərh etməkdən imtina edib
Ermənistan Xarici İşlər Nazirliyi İsrail Xarici İşlər Nazirliyinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsünü şərh etməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan bildirib ki, məsələ ilə bağlı zərurət yarandığı təqdirdə rəsmi açıqlama veriləcək.
"Zərurət yarandıqda bununla bağlı şərh verəcəyik", – o qeyd edib.
09:38 27.06.2026
Oxunuş sayı: 72