Tramp: İranın atdığı addımlar atəşkəsi pozur
ABŞ Prezidenti Donald Tramp İranın son addımlarını atəşkəs rejiminin pozulması kimi qiymətləndirdiyini təsdiqləyib. Bununla yanaşı, o, Vaşinqtonun buna cavab olaraq hər hansı tədbir görüb-görməyəcəyini açıqlamaqdan imtina edib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Tramp İran qüvvələrinin Hörmüz boğazından keçən gəmiyə pilotsuz uçuş aparatı ilə hücum etdiyi iddiasından sonra ABŞ-nin mümkün addımları ilə bağlı suala cavabında, "Biləcəksiniz", deyə bildirib.
08:40 27.06.2026
Oxunuş sayı: 62