İran müharibəsi bitdikdən sonra neft ucuzlaşa bilər
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran ilə müharibənin başa çatmasından sonra neft qiymətlərində eniş gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, fyuçers bazarları da müharibədən sonrakı dövrdə neftin qiymətlərinin azalacağını proqnozlaşdırır və münaqişə bitdikdən sonra qiymətlərin daha aşağı səviyyələrə düşməsi mümkündür.
Nazir həmçinin qeyd edib ki, müharibə bitərsə, ölkədə benzin qiymətləri də müharibədən əvvəlki səviyyədən daha aşağı ola bilər.
23:20 03.05.2026
Oxunuş sayı: 53