Rubio: Avropanın təhlükəsizlik yükü hələ də ABŞ-nin çiyinlərindədir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Emmanuel Makronun Avropanın ABŞ-dən daha müstəqil siyasət yürütməsi ilə bağlı fikirlərinə baxmayaraq, qitənin təhlükəsizlik və logistika yükünün böyük hissəsini hələ də ABŞ təmin edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rubio qeyd edib ki, Fransa Afrikada terrorizmlə mübarizə aparmağa çalışdığı dövrlərdə belə, hərbi əməliyyatların bir hissəsi ABŞ tərəfindən dəstəklənib. O, Avropanın hərbi logistikasında ABŞ-nin əsas rol oynadığını vurğulayıb.
22:45 03.05.2026
Oxunuş sayı: 59