Qurban ibadəti ilə bağlı doğru bilinən yanlışlar nələrdir?
Bayram yaxınlaşdıqca qurban ibadəti ilə bağlı cəmiyyətdə geniş yayılan yanlış məlumatlar yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, qurban ibadəti yalnız dini qaydalara uyğun heyvanın kəsilməsi ilə yerinə yetirilir. Sadəcə pul bağışlamaq və ya ianə vermək qurban sayılmır.
Məlumata görə, qurban payına bir neçə nəfərin ortaq olması düzgün deyil, hər pay yalnız bir şəxsə aiddir. Eyni zamanda qadınların qurban kəsməsinin dini cəhətdən qadağan olmadığı vurğulanıb.
Qeyd olunub ki, böyükbaş mal-qara (inək, öküz kimi iri heyvanlar) 7 nəfərə qədər ortaq şəkildə kəsilə bilər. Pay sayının tək və ya cüt olması ilə bağlı məhdudiyyət yoxdur.
Həmçinin qurban ətinin mütləq müəyyən sayda insana paylanması şərt deyil, ət istəyə uyğun şəkildə bölüşdürülə bilər.
Səfərdə olan şəxsin kəsdiyi qurban keçərlidir və əlavə qurban kəsməyə ehtiyac yoxdur. Qurban qanının müxtəlif əşyalara sürtülməsi kimi inancların isə dini əsası olmadığı bildirilib.
Eyni zamanda Həzrəti Məhəmməd adına kollektiv qurban kəsilməsi və “ölü qurbanı” kimi anlayışların İslamda yer almadığı qeyd olunub.
Fatimə
00:00 04.05.2026
Oxunuş sayı: 69