Ukrayna əlavə yardım paketləri barədə razılığa gəlib
Ukrayna prezidenti Volodimir Zelenski Kiprdə PURL-a yeni töhfələr və Ukrayna üçün əlavə yardım paketləri barədə razılığa gəlib.
Crossmedia.az "RBC-Ukrayna"-ya istinadən xəbər verir ki,
xarici işlər naziri Andrey Sibiqa bunu telemarafon zamanı bildirib.
Nazirin sözlərinə görə, Kiprdə keçirilən qeyri-rəsmi Avropa İttifaqı sammiti dönüş nöqtəsi" olub.
"Ukrayna xalqı və prezidenti zərbəyə tab gətirib. Bu, tərəfdaşlarımızı və bütün diplomatik vasitələri əhatə edən bir mübarizə idi. Ən çətin vəzifələrdən biri idi. Lakin buna nail olundu" -deyə, Sibiqa vurğulayıb.
23:38 24.04.2026
Oxunuş sayı: 59