Rusiyalı ekspert ABŞ-nin hansı halda Türkiyəyə ehtiyacı olduğunu açıqlayıb
Amerikalıların ya sadiq və idarəolunan bir Türkiyəyə ehtiyacı var, ya da onlara heç bir ehtiyacı yoxdur.
Crossmedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu rusiyalı şərqşünas Vladimir Avatkov deyib.
O, bildirib ki, Türkiyə ya ABŞ-nin maraqları naminə qeyri-sabitlik yaradır, ya da qeyri-sabitliyin qurbanına çevrilir: "Türkiyədən Avropa ilə birləşib Avropa İttifaqına doğru irəliləmək, o cümlədən Rusiyanın postsovet məkanındakı və bütün digər aspektlərdəki maraqlarını sarsıtmaq istənir. Məsələn, Türkiyənin Ukrayna Silahlı Qüvvələri üçün dronlar istehsal etməsi də bu strategiyaya uyğundur. Rusiya bunu görür, lakin Türkiyənin bu dağıdıcı istiqamətdə hərəkət etməsində maraqlı olmadığı üçün bunu vurğulamır".
22:24 21.04.2026
Oxunuş sayı: 60