Moskva Bakıya ÇAĞIRIŞ ETDİ
Rusiya xarici işlər nazirinin müavini Mikayıl Qaluzin Azərbaycanda saxlanılan 11 Rusiya vətəndaşının azad olunması ilə bağlı Bakıya müraciət edib.
Nazir müavini bu barədə "TASS" agentliyinə müsahibəsində danışıb. O bildirib ki, Bakı tərəfindən vətəndaşlarla bağlı veriləcək müsbət qərar “mehriban qonşuluq ruhunda xoşməramlılıq jesti” kimi qiymətləndirilə bilər və bu addım iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verər.
Qaluzin vurğulayıb ki, saxlanılan rusiyalıların tez bir zamanda azad edilməsi Moskva üçün mütləq prioritetdir.
Xatırladaq ki, sözügedən Rusiya vətəndaşları narkotik qaçaqmalçılığı və kiberfırıldaqçılıq ittihamları ilə məsuliyyətə cəlb olunublar.
15:26 15.02.2026
Oxunuş sayı: 570