İran XİN rəhbəri: Avropa bölgədə geosiyasi çəkisini itirib
Dünən İranın xarici işlər naziri Abbas Əraqçı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İranla bağlı aparılan müzakirələri kəskin tənqid edib.
Crossmedia.az xəbər verir ki, nazir bununla bağlı, “X” hesabında ardıcıl paylaşımlar edərək bildirib ki, İran mövzusunda keçirilən müzakirələr ciddi və real yanaşmadan uzaqdır. Əraqçının sözlərinə görə, İran üzrə Münhen Təhlükəsizlik Konfransı faktiki olaraq “Münhen Sirkinə” çevrilib.
İran XİN rəhbəri qeyd edib ki, Avropa Birliyi (AB) hazırda çaşqın vəziyyətdədir və bölgədəki bütün geosiyasi təsir imkanlarını tədricən itirib.
Əraqçı xüsusilə Almaniyanın mövqeyinə toxunaraq bildirib ki, Berlin regional siyasətini demək olar ki, tam şəkildə İsrailə təhvil verən ölkələr arasında ön sıradadır.
Nazir əlavə edib ki, İranın nüvə proqramı ətrafında gedən proseslərdə Avropa Birliyi və Avropa üçlüyünün rolu getdikcə daha da əhəmiyyətsizləşir.
13:30 15.02.2026
Oxunuş sayı: 919