Bilal Ərdoğan AKP-nin sədri olacaq
AKP-nin sədri və Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan siyasi səhnədə daha görünən rol oynayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Haber3 nəşri məlumat yayıb.
İddialara görə, yaxın gələcəkdə o, əvvəl AKP Partiyasının sədri, daha sonra isə Prezident müavini vəzifəsinə gətirilə bilər.
Qeyd edək ki, Bilal Ərdoğan artıq dövlət və partiya strukturlarında daha fəal görünür, qatıldığı tədbirlərdə siyasət yönümlü mesajlar verir və bəzi kritik təyinatlarda təsir sahibidir.
Bildirək ki, Ərdoğan növbəti seçkiləri qazansa, AKP Partiyası və dövlət daxilində bir “keçid planı” işə düşə bilər.
Fatimə Məmmədova
16:22 12.02.2026
Oxunuş sayı: 608