Prezidentin xüsusi rütbə verdiyi məmurlar kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Crossmedia.az rütbə verilən şəxslərin dosyesini təqdim edir:
Orxan Faiq oğlu Nəzərli - "2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi:

1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Ailəlidir, 3 övladı var.
İsmayılov Abbas Cəlil oğlu - "3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi

Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. (Olke.az)
16:17 12.02.2026
Oxunuş sayı: 957