Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub
Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, həmin işçi qrupunun rəhbəri Fariz İsmayılzadə məlumat verib.
O qeyd edib ki, bu gün Londonda işçi qrupunun iclası keçirilib:
"Uzun fasilədən sonra yenidən işçi qrupunun fəaliyyəti bərpa olunub. Burada həm bizim səfirliyimizin, həm də parlamentimizin müəyyən təbliğat işləri nəticəsində bu işçi qrupunun işi yenidən bərpa edildi. Bu gün isə deputatlarla, o cümlədən Londondakı beyin və tədqiqat mərkəzləri ilə görüşlər keçirilib".
15:10 27.01.2026
Oxunuş sayı: 459