Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 yanvar 2026-cı il tarixində Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.
12:19
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çində səfərdə olacaq.
Crossmedia.az Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir ki, səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Xarici İşlər naziri Van Yinin dəvəti ilə başa tutacaq.
12:34 27.01.2026
Oxunuş sayı: 422