Zəngəzur dəhlizi ilə bağlı yeni detallar açıqlanıb
Iqtisadiyyat naziri Mikayıl Cabbarov Zəngəzur dəhlizi ilə bağlı yeni detalları açıqlayıb.
"Crossmedia.az" xəbər verir ki, o bu barədə Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.M.Cabbarov vurğulayıb ki, beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm qovşaq olan Azərbaycan Orta Dəhliz daxil olmaqla, öz bağlantı imkanlarını gücləndirməkdə və bununla da qlobal tədarük zəncirlərindəki rolunu möhkəmləndirməkdə mühüm rol oynayıb: "Bu gündəmin əsas elementi Zəngəzur Dəhlizi və yaxud yoludur. Bu, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək, Orta Dəhlizi daha da təkmilləşdirmək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu gücləndirmək məqsədi daşıyan multimodal bağlantı layihəsidir.
Bağlantı imkanlarına əlavə olaraq, bu regional inteqrasiyanın əsaslandığı digər iki möhkəm təməl var ki, onlardan biri maliyyə çərçivə əməkdaşlığıdır. Biz Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bir sıra birgə investisiya fondları yaratmışıq ki, bu fondlar nəinki həmin ölkələrin rezidentləri və layihələri üçün, həm də üçüncü tərəflər - Azərbaycanda bizneslə məşğul olduqları təqdirdə İsrail mənşəli müəssisələr üçün də açıqdır".
16:08 26.01.2026
Oxunuş sayı: 551