Bakı- Vaşinqton xəttində 18 ildən sonra ilk - Sabiq nazir danışdı
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək. Bu səfər Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi kimi planlaşdırılıb.
ABŞ Prezidenti Donald Trampın məlumatına görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini irəlilətmək və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək məqsədini daşıyır.
Tramp, həmçinin vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını möhkəmləndirməyi, Ermənistanla isə sülh təşəbbüsləri və iqtisadi əməkdaşlıq sahəsində əlaqələri inkişaf etdirməyi planlaşdırır.
Gözlənilən səfər barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, bu səfər ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etməsinə təkan verə bilər: "Xatırlayıram ki, sonuncu dəfə ABŞ-ın vitse-prezidenti Dik Çeyni 2008-ci ildə, Corc Buşun prezidentliyi dövründə Azərbaycana səfər etmişdi. Həmin səfər də iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün imkanlar yaratmışdı. Bu dəfə də əminliklə demək olar ki, belə səfərlərdən sonra əlaqələr daha da inkişaf edəcək".
Elmir Heydərli
16:04 26.01.2026
Oxunuş sayı: 478