Nəriman Həsənzadənin son durumu AÇIQLANDI
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Musavat.com-a onun köməkçisi Arif Mehmandost məlumat verib. O bildirib ki, ev şəraitində müalicələrini davam etdirən şairin vəziyyəti hazırda yaxşıdır və hər hansısa narahatlığı yoxdur.
“Müalicə üçün xəstəxanaya gedib gəlmir. Xəstəxanadan gəlib analizlər götürülər. Evə buraxılandan bəri özünü yaxşı hiss edir. Arada səhhəti yol verdikdə şeirlər yazır. Ümumilikdə səhhəti ilə bağlı vəziyyəti yaxşı kimi qiymətləndirmək olar”.
Qeyd edək ki, şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət Mərkəzi Klinik xəstəxanada müalicə alıdıqdan sonra evə buraxılıb. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.
11:54 23.01.2026
Oxunuş sayı: 471