Bu gün Arzu Əliyevanın doğum günüdür
Yanvarın 23-ü Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.
Crossmedia.az xatırladır ki, Arzu Əliyeva 1989-cu ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 1995–2006-cı illərdə Bakıda 160 saylı orta məktəbdə alıb. Ali təhsilini isə İsveçrə və Böyük Britaniyada davam etdirib.
2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. İki övladı var.
Crossmedia.az kollektivi adından Arzu Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq!
09:05 23.01.2026
Oxunuş sayı: 1335