Ölkəmiz insanlığını itirməyib - Aqil Abbas
Beynəlxalq humanitar həmrəylik müasir dövrdə dövlətlərin yalnız siyasi deyil, eyni zamanda mənəvi məsuliyyətini də ortaya qoyan əsas göstəricilərdən biridir. Azərbaycan bu baxımdan regional və qlobal miqyasda ardıcıl və prinsipial mövqe sərgiləyərək, münaqişə və humanitar böhranlardan əziyyət çəkən ölkələrə dəstəyini davam etdirir. Xüsusilə mülki əhalinin sosial rifahının qorunmasına yönəlmiş təşəbbüslər Azərbaycanın humanitar siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir.
Bu kontekstdə Ukraynaya göstərilən humanitar yardım həm praktik, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır. Qış mövsümündə enerji infrastrukturuna yönəlmiş hücumların yaratdığı çətinliklər fonunda Azərbaycanın göndərdiyi elektrik avadanlıqları Ukrayna üçün mühüm dəstək nümunəsi kimi qiymətləndirilir. Bu yardım bir daha göstərir ki, Azərbaycan beynəlxalq hüquqa, insan dəyərlərinə və xalqlar arasında həmrəyliyə əsaslanan siyasətini real addımlarla təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan həmişə öz humanist mövqeyini nümayiş etdirib. Dara düşən, çətinlikdə olan dövlətlərə yardım edib. Onlardan biri də rəsmi Kiyevdir. Ölkəmiz insanlığını itirməyib, öz yaxşılığını edir, edəcək də".
Elmir Heydərli
12:16 22.01.2026
Oxunuş sayı: 1186