Son dəqiqədə vurulan qol "Qarabağ"a qələbə qazandırdı- UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Qarabağ" Almaniya klubu "Ayntraxt Frankfurt" ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Hesab oyunun əvvəlində açılıb. Kamilo Duran Leandru Andradenin ötürməsini dəqiq tamamlayıb. Çox keçmədən yarımmüdafiəçi Can Yılmaz Uzun hesabı bərabərləşdirib.
Birinci hissə 1:1 hesablı bərabərliklə başa çatıb. 78-ci dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazanıb. Fares Şaibi komandasını hesabda önə keçirib.Az sonra Kamilo Duran dubl edərək hesabı bərabərləşdirib.
Oyun sonuna əlavə edilmiş 4-cü dəqiqədə Bəhlul Mustafazadə matçın son qolunu vuraraq təmsilçimizi qələbəyə daşıyıb. Beləliklə, "Qarabağ" doğma meydanda "Ayntraxt Frankfurt"u 3:2 hesabı ilə məğlub edib. Ağdam klubu hazırda 10 xalla 17-ci pillədə qərarlaşıb.
Türkanə Muradlı
23:50 21.01.2026
Oxunuş sayı: 2228