Parlamentdə partiyalarla bağlı müzakirələr başlayır
Milli Məclisdə siyasi partiyaların mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.
Crossmedia.az xəbər verir ki, bu məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə ayrı-ayrılıqda siyasi partiyaların, ictimai birliklərin və dini abidələrin mövcud durumu mövzusunda ictimai müzakirələrinin keçirilməsi planlaşdırılır.
16:05 21.01.2026
Oxunuş sayı: 889