Azərbaycanda yeni mərkəz YARADILACAQ
Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ-nin "Dell Technologies" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adriyan MakDonald arasında Davosda keçirilən görüşdə qeyd olunub.
Görüşdə, həmçinin Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
15:30 21.01.2026
Oxunuş sayı: 1250