Ukrayna XİN rəhbəri Azərbaycana enerji dəstəyinə görə təşəkkür etdi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa davam edən Rusiya hücumları fonunda göstərilən əlavə enerji dəstəyinə görə Azərbaycana təşəkkür edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazirin sözlərinə görə, yardım çərçivəsində Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərib. Dəstəyə 12 ədəd aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 min metr kabel daxildir. Bu avadanlıqlar Rusiya hücumlarından zərər çəkmiş bölgələrdə elektrik təchizatının bərpası üçün nəzərdə tutulub.
Andrey Sibiqa vurğulayıb ki, bu dəstək həm birbaşa, həm də mənəvi anlamda böyük əhəmiyyət daşıyır:
“Bizi həm sözün əsl, həm də məcazi mənasında isidən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu, tək olmadığımızı sübut edən bir dəstəkdir. Deməli, Rusiya terroru üzərində qələbə qazanacağıq".
Sevinc Yarməmmədova
14:08 21.01.2026
Oxunuş sayı: 1144