Slovakiya və Qırğızıstan səfirləri regional məsələləri müzakirə ediblər
Slovakiya və Qırğızıstanın Azərbaycandakı səfirləri Elçin Qasımov və Maksat Mamıtkanov əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə E.Qasımov görüşdən sonra "X" hesabında paylaşım edib.
"Həmkarım, səfir Maksat Mamıtkanovla tanış olmaqdan məmnunam. Regional məsələlər və ölkələrimiz üçün imkanlar barədə məhsuldar müzakirələr apardıq", - o yazıb.
13:40 21.01.2026
Oxunuş sayı: 1193