Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür
Qazaxıstan prezidenti Qasım-Comart Tokayev MDB ölkələrinin liderlərinin fiziki hazırlığı ilə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan prezidenti İlham Əliyevin idman formasını xüsusi vurğulayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tokayevin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və məşqlərini peşəkar şəkildə, mütəmadi olaraq davam etdirir.
Qazaxıstan lideri digər MDB ölkələrinin rəhbərləri haqqında da danışaraq bildirib ki, Qırğızıstan prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan prezidenti Şavkat Mirziyoyev idman zalında məşq edir, Ermənistanın baş naziri Nikol Paşinyan velosportla məşğuldur.
Belarus prezidenti Aleksandr Lukaşenko xokkey oynamağa davam edir. Tacikistan prezidenti Emoməli Rəhmonun da sağlamlığından şikayəti olmadığını qeyd edən Tokayev onu “dənizçi-döyüşçü möhkəmliyinə malik” şəxs kimi xarakterizə edib.
“Beləliklə, bütün həmkarlarım əla fiziki formadadır”, – deyə Qasım-Comart Tokayev əlavə edib.
Mehriban İbrahimli
11:00 05.01.2026
Oxunuş sayı: 2825