Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə XİN-in "X” sosial media hesabında paylaşım edilib.
"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik.
Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.
Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.
"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik.
Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.
20:25 01.01.2026
Oxunuş sayı: 3154