ABŞ Azərbaycanı etibarlı müttəfiq adlandırıb
ABŞ Konqresinin rəsmi saytında Azərbaycana hərbi yardımın məhdudlaşdırılmasını nəzərdə tutan 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi dərc olunub.
Crossmedia.az-ın məlumatına görə, qanun layihəsinin əsaslandırma hissəsində qeyd edilir ki, Konqres Azərbaycanın müstəqillik əldə etdikdən sonra həm müharibə, həm də sülh dövrlərində mühüm əməkdaşlıq göstərdiyini və ABŞ ilə onun müttəfiqləri üçün etibarlı tərəfdaş olaraq qaldığını qənaətinə gəlib.
Sənəddə vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olmasına sadiqliyini açıq şəkildə nümayiş etdirib. Eyni zamanda, Azərbaycanın Ermənistanla sülh sazişinə nail olduğu, bu saziş çərçivəsində tərəflər arasında sərhədlər və ərazi bütövlüyü məsələlərinin razılaşdırıldığı bildirilir.
11:48 01.01.2026
Oxunuş sayı: 2956