TDT Baş katibi: 2025-ci ilin ən əlamətdar hadisələrindən biri Qəbələdə keçirilən 12-ci Zirvə görüşü oldu
2025-ci ilin ən əlamətdar hadisələrindən biri Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən 12-ci TDT Zirvəsi oldu.
Crossmedia.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevin yeni il münasibətilə Türk dövlətləri liderlərinə təbrik mətnində qeyd olunub:
" Azərbaycanın suverenliyini bərpa etməsindən və Ermənistanla sülh sazişindən sonra baş tutan bu Zirvə regional sülh və əlaqəliliyin qlobal miqyasda yenidən ön plana çıxdığı bir dövrdə Türk Dünyasında davamlı sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Zirvədə qəbul edilən Qəbələ Bəyannaməsi siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və sektor inkişafı, xalqlar arası əlaqələr, institusional koordinasiya və xarici tərəfdaşlarla münasibətlər daxil olmaqla 121 maddədən ibarət geniş yol xəritəsi təqdim etdi. Bu tarixi Zirvə zamanı Qırğızıstan Dövr Sədrliyini 2026-cı ildə Türkiyədə keçiriləcək növbəti Zirvəyə qədər davam etdirmək üçün Azərbaycana təhvil verdi".
14:35 30.12.2025
Oxunuş sayı: 3152