Bakıda Ümumdünya Şəhərsalma Forumu öncəsi hazırlıqlar açıqlanıb
"Gələn il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir".
Crossmedia.az istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov bildirib.
Onun sözlərinə görə, WUF13 sessiyası BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökumətinin birgə təşkil etdiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir:
"WUF13 sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olmaqla yanaşı, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir. Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir".
11:18 26.12.2025
Oxunuş sayı: 1112