BMT-nin qəbul etdiyi MHS-2025 sistemi Azərbaycanda tətbiq olunacaq
BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş Milli Hesablar Sisteminin son versiyası (MHS–2025) Azərbaycanda da tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, işlərin 2026-2030-cu illəri əhatə edəcəyi planlaşdırılır. İşlərin əsas icrası Dövlət Statistika Komitəsi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi olacaq.
Aiddiyyəti qurumlar beynəlxalq təcrübə öyrənilməklə MHS–2025-in Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət planı hazırlayacaqlar.
13:56 25.12.2025
Oxunuş sayı: 3247